Əfv Komissiyasının əvvəlki üzvlərini qanunsuzluqda ittiham edən Elman Nəsirova cavab: “Ad açıqla”

  • By admin
  • 17 Sentyabr 2020 15:24

Xəbər verildiyi kimi İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Elman Nəsirov deyib ki, Əfv Məsələləri Komissiyasının əvvəlki üzvlərindən biri-Milli Məclisin deputatı sürücüsü vasitəsilə əfv siyahısına adlar daxib.

Gununsesi.info-nun xəbərinə görə, məsələ ilə bağlı Əfv Məsələləri Komissiyanın keçmiş üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Bizimyol.info-ya bildirib ki, qeyri-qanuni hərəkətlərə yol verən şəxsin adı açıqlansın.

“Elman Nəsirov komitədə belə söz deyirsə, anonim niyə deyir? Deputatdır, ad açıqlamalıdır ki həmin şəxs ifşa olunsun. Qeybət danışa bilmərik. Ölkənin yaxşılığını istəyirsənsə, açıq deməlisən”,-deyə M.İbrahimqızı bildirib.

Əliməmməd Nuriyev

“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev Bizimyol.info-ya bildirib ki, deputat Elmar Nəsirovun qeyd etdiyi məsələ ilə bağlı məlumatı yoxdur.

“Söhbət kimdən gedir, onu Elmar Nəsirov daha yaxşı bilər. Mən bu barədə hansısa məlumata malik deyiləm. Komissiyada müzakirələr açıq gedirdi, hər kəs də fikrini açıq deyirdi. Orada kollegiyal qərarlar qəbul olunur”,-deyə Ə.Nuriyev bildirib.

 

 

Gununsesi.info