Əgər Ərdoğana bir şey olsa… –  "Polad Ələmdar"

  • By admin
  • 16 İyul 2017 22:55

polat-sedat
Bəziləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı haqsızlıq edirlər.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin tanınmış iş adamı, xeyriyyəçi və yeraltı dünyanın ən məşhur şəxslərindən olan Sədat Pekər deyib.

“Deyirlər, Ərdoğan bizim haqlarımızı əlimizdən alır. Həmin insanlara demək istəyirəm ki, siz hər gün prezidentimizə dua edin. Allah qorusun, əgər Rəcəb Tayyib Ərdoğana bir şey olsa, onda görəcəksiniz ki, diktator əslində kimdir”, – Sədat Pekər bildirib.

Qeyd edək ki, bəzi iddialara görə, “Qurdlar vadisi” serialındakı Polad Ələmdar məhz Sədat Pekərin prototipidir.

Gununsesi.info