“Bir dəfə də Xocalı soyqırımı barədə danışmayan Ştetinanın…” - QƏNİRƏ PAŞAYEVA

  • By admin
  • 16 İyul 2017 23:06

ganira_pashayeva_180215_1

“İşğal olunmuş torpaqlarımıza səfər etmiş Avropa Parlamentinin deputatı, Çexiya vətəndaşı Yaromir Ştetinanın Azərbaycana qarşı qərəzli açıqlamaları, erməni lobbisinin maliyyə vəsaiti ilə fəaliyyət göstərərək, erməni yalanlarının təbliği ilə məşğul olur. Bir dəfə də Xocalı soyqırımı barədə danışmayan Ştetinanın bu əməllərinin ifşası istiqamətində, qarşısının alınması üçün ölkəmizin müvafiq qurumları addımlar atır, amma Çexiyada yaşayan soydaşlarımızın, diasporumuzun da üzərinə böyük vəzifələr düşür”.

Gununsesi.info-nun xəbərinə görə, bunu millət vəkili Qənirə Paşayeva deyib.

Onun sözlərinə görə, Yaromir Ştetinanın qeyri-qanuni əməlləri, işğalçıları müdafiə etməsi kimi faktları onlar Çexiyada geniş şəkildə yaymalı və bunun dayandırılması istiqamətində tələblərlə çıxış etməli, lazımi qurumlara dayanmadan müraciətlər göndərməli, bir sözlə yalanlara qarşı mübarizədə daha fəal olmalıdırlar.

“Və təbii ki onları səyləri daha da artırmağa çağırır və müvafiq addımları atacaqlarına inanırıq”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Gununsesi.info