
Cəzaların sərtləşdirilməsi ilə bağlı məsələ İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişiklikdə öz əksini tapıb.
Gununsesi.info xəbər verir ki, MilliMəclisin bu gün keçiriləcək plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik məsələsi müzakirəyə çıxarılacaq.
Məcəllənin 244.1 maddəsinə dəyişiklik nəzərdə tutulur. Maddəyə edilən dəyişikliyə əsasən əkin yerinin yandırılmasına görə -fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilməsi təklif olunur.
Bu Qanun 2018-ci il fevralın 1-dən qüvvəyə minəcək.
Mürtəza
Gununsesi.info









