Əkizlərdən məğlub olmalarına reaksiya - Video

“Avroviziya” təmsilçilərimiz Tural və Turan Bağmanov qardaşları yarışmadakı məğlubiyyətdən sonra ilk dəfə paylaşım ediblər. 

Gununsesi.info xəbər verir ki, əkizlər birinci yarımfinal gecəsindən olan videonu yayımlayaraq, ünvanlarına yazılan tənqidlərə reaksiya veriblər.

“İnanılmaz dərəcədə istedadlı, mehriban, qayğıkeş və dəstək olan insanlarla görüşmək buna dəyərdi. Qucaqlamalarınız və xoş sözləriniz bütün bu təcrübəni ən yaxşı şəkildə unudulmaz etdi” deyə, Turan və Tural paylaşımında yazıb.

Qeyd edək ki, əkizlər yarışmada Azərbaycanı “Tell me more” mahnısı ilə təmsil edirdilər.

 

 

Gununsesi.info