Əkrəm İmamoğlu və Mansur Yavaş Meral Akşeneri məyus etdi

  • By admin
  • 04 Mart 2023 01:28

İYİ Partiyanın lideri Meral Akşenerin CHP sədri Kamal Kılıcdaroğlunun müxalifətin vahid namizədi olmasına qarşı çıxaraq, Ekrem İmamoğlu və yaxud da Mansur Yavaşı dəstəkləməsi  barədə bəyanatına adıçkəlilən şəxslərdən cavab gecikmədi.

Gununsesi.info xəbər verir ki, hər iki bələdiyyə başqanı Meral Akşenerin bu çağırışından imtina edib.

Ankara bələdiyyə başqanı olan Mansur Yavaş özünün sosial şəbəkə hesabında yazıb:

Bu günə qədər dəyərli başqanımız Kılıcdaroğlunun iradəsindən kənar hərəkət etməyəcəyimizi bəyan etmişdik.

Buna da davam edirik. Təmmanamız Millət İttifaqının öz partiyadaşları ilə öz yoluna davam etməsidir.

İstanbul bələdiyyə başqanı Əkrəm İmamoğlu isə deyib:

CHP-nin öz övladı və Millət İttifaqının bələdiyyə başqanı olaraq, xalqımızın arzu etdiyi birlik içində, ittifaq masasında iradəmizi təmsil edən cənab Kılıcdaroğlunun və Millət İttifaqının əskilmədən böyüyəcəyindən şübhəm yoxdur.

Afət ABBASOVA

GUNUNSESİ.İNFO