Əlcəzairə 20 il rəhbərlik etmiş sabiq prezident vəfat etdi

  • By admin
  • 18 Sentyabr 2021 10:00

Əlcəzairin keçmiş prezidenti, ölkəyə 1999-cu ildən 2019-cu ilə qədər başçılıq etmiş Əbdüləziz Buteflika dünyasını dəyişib.

Gununsesi.info xəbər verir ki, bu barədə yerli telekanallar məlumat verib.

Bildirilib ki, 85 yaşlı keçmiş prezidenti Əbdüləziz Buteflika ötən gün vəfat edib.

Qeyd edək ki, 2019-cu ilin fevralında Əlcəzairdə Buteflikanın prezident seçkilərində iştirakına qarşı kütləvi etiraz aksiyaları başlayıb. Etirazlar zamanı 183 nəfər yaralanıb, 195 nəfər saxlanılıb. Martın 11-də Əlcəzair hökuməti ölkədə kütləvi etirazlar fonunda istefaya gedib. Buteflika isə apreldə vəzifəsindən ayrılıb.

Gununsesi.info