Əli Əsədov BƏƏ-də işgüzar səfərdədir - FOTOLAR

  • By admin
  • 14 Fevral 2023 20:08

Azərbaycanın Baş naziri Əli Əsədov fevralın 14-də Dünya Hökumət Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib.

Gununsesi.info xəbər verir ki, bu haqda Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Baş naziri Dubay Beynəlxalq Hava Limanında Birləşmiş Ərəb Əmirliklərinin ictimai inkişaf naziri xanım Hessa bint Essa Buhumaid və digər rəsmi şəxslər qarşılayıblar.