Əli Həsənov deputatlığa namizəd olacaq? – Açıqlama

  • By admin
  • 24 Dekabr 2019 13:43

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib. Bir çox media nümayəndələri və iqtisadçılar da parlament seçkilərində iştirak edəcəklərini bildiriblər. Sosial şəbəkələrdə ölkə başçısının keçmiş köməkçisi Əli Həsənovun da deputatlığa namizədliyini verəcəyi ilə bağlı iddialar səsləndirilib.

Gununsesi.org xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan Əli Həsənov bildirib ki, yayılan xəbərlər şayədir:

“Mən bununla bağlı heç bir fikir səsələndirməmişəm. Əgər belə bir fikrim olsa, ictimaiyyəti özüm məlumatlandıracam”.

Gununsesi.org