Roza Zərgərlinin aktyor oğlu bələdiyyə üzvü oldu – Mehmanın Hüseynovun dairəsindən

  • By admin
  • 24 Dekabr 2019 13:33

Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb.

Gununsesi.org xəbər verir ki, qaliblər arasında müğənni Roza Zərgərlinin oğlu Corc Qafarovun da adı var.

25 yaşlı Corc 31 saylı Qaraçuxur seçki dairəsindən seçilib.

Qeyd edək ki, nəticəsi ən çox gözlənilən dairələrdən biri də Mehman Hüseynovun namizədliyini verdiyi 31 saylı Qaraçuxur seçki dairəsi idi. Corc Qafarov Xəzər televiziyasında “İmtahan” serialında çəkilir.

Gununsesi.org