“Əli İnsanov istintaqa heç bir ifadə verməyib” -VƏKİL

  • Müəllif: admin
  • 03 Mart 2017 16:45

%c9%99li-insanov

“Bu ayın sonunadək Əli İnsanovla bağlı istintaq yekunlaşacaq. O, ittihamları rədd edir və istintaqa hər hansı bir ifadə verməyib”. Bu sözləri Gununsesi.info-ya açıqlamasında 11 ildir ki, həbsdə saxlanılan  sabiq səhiyyə naziri Əli İnsanovun vəkili Toğrul Babayev ona açılmış yeni cinayət işi ilə bağlı sualı cavablandırarkən söyləyib.

Vəkilin sözlərinə görə,  Əli İnsanov hər zaman olduğu kimi təmkinli və gümrahdır.

togrul

Qeyd edək ki, 11 illik həbs həyatının başa çatmasına 2 ay qalmış sabiq nazirə saxlandığı cəzaçəkmıə müəssisində Cinayət Məcəlləsinin üç maddəsi -234.1 (narkotik və ya psixotrop maddələr saxlama), 315 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) və 317 (Cəzçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) ilə cinayət işi açılıb.