Əli Məsimlidən xalqa Bayraq Günü mesajı - Bayrağımız dalğalandıqca şəhidlərimizin narahat ruhuna rahatlıq gətirsin!

  • By admin
  • 09 Noyabr 2017 13:55

Gununsesi.az Milli Məclisin deputatı əli Məsimlinin 9 Noyabr Bayrag Günü münasibəti ilə bağlı xalqa ünvanladığı təbriki təqdim edir: 

 

Müqəddəs bayrağımız mübarək!!!
Müqəddəs ideal rəmzinə çevrilmiş bayrağımızı salamlayıram!
Sosial şəbəkədəki dostlarımın timsalında bütün xalqımızı milli,dini,bəşəri dəyərlərə sayğımızı ifadə edən üçrəngli DÖVLƏT BAYRAĞI GÜNÜ münasibətilə ürəkdən təbrik edirəm!
Müstəqiliyinin əhalinin bütün təbəqələrinin rifahı ilə tamamlanan, süveren, bütöv, demokratık,güclü Azərbaycan naminə bu üçrəngli müqədəs bayrağımız daim ucalıqlarda dalğalansın, M.Ə.Rəsulzadənin dediyi kimi,bir kərə yüksələn bayraq bir daha enməsin! Müstəqilliyimiz əbədi, dönməz olsun! Azərbaycan 1920-ci ildə işğal edildikdən sonra da bu bayrağı mühacirətdə və Azərbaycanda qoruyub,yaşadanların bu dünyadan köçənlərinə Allahdan rəhmət,yaşayanlarına- uzun ömür,can sağlığı diləyirəm!
Gün o gün olsun ki, Azərbaycanın üçrəngli bayrağı işğal olunmuş bütün ərazilərimizdə -Qarabağda, Xankəndində, Şuşada və düşmən tapdağında olan digər yerlərdə dalğalansın və dalğalandıqca şəhidlərimizin narahat ruhuna rahatlıq gətirsin!!!…
C.Cabbarlı üçrəngli bayrağımızın şərəfinə belə demiş:
Bu ay, ulduz boyaların qurultayı nə demək,
Bizcə belə söyləmək.
Bu göy boya – göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı.
Yaşıl boya- islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı.
Bu al boya- azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.
Müqəddəs bayrağımız mübarək!!!

Sayğılarımla, Əli Məsimli