D vitamininin yeni faydalı xüsusiyyəti aşkarlandı

  • By admin
  • 09 Noyabr 2017 14:10

Orqanizmdə vitamin D-nin yüksək səviyyəsi pasiyentlərdə ağır yanıqlardan sonra bərpa olunmanı daha da sürətləndirir.

Gununsesi.info bildirir ki, belə nəticəyə Böyük Britaniyanın Birmingem İltihab və Qocalma İnstitutunun alimləri gəliblər.

Yanıqlardan zərər çəkmiş insanlar müxtəlif infeksiyalara yoluxmaya meyilli olurlar. Çoxdan məlumdur ki, vitamin D antibakterial təsirə malikdir, buna görə alimlər fərz edirlər ki, o yanıqların daha tez sağalmasına imkan yarada bilər.

Bu fərziyyəni yoxlamaq üçün mütəxəssislər 1 il boyunca ağır yanıqları olan pasiyentlərdə bərpa prosesinin gedişatını təqib ediblər və prosesi orqanizmdə vitamin D-nin səviyyəsilə əlaqələndiriblər. Aydın olub ki, vitamin D-nin yüksək səviyyəsi olan xəstələrdə yaraların sağalması daha müvəffəqiyyətlə baş verir.
Bununla yanaşı aydınlaşdı ki, yanıqlar orqanizmdə vitamin D-nin səviyyəsini kəskin azaldır. “Buna görə də, faktiki olaraq, travmanın alınmasından dərhal sonra bu maddənin qəbulu pasiyentə sağalmağa daha çox şans verəcək”, – hesabatda deyilir.

Gununsesi.info