
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristofer Con Kuterin etimadnaməsini qəbul edib.
Gununsesi.info-nun məlumatına görə, ölkə Prezidenti sonra Cənubi Sudan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Telar Rinq Denqin etimadnaməsini qəbul edib.
İlham Əliyev həmçinin, Uruqvay Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Enrike Delqado Xentanın etimadnaməsini qəbul edib.
İlham Əliyev eyni zamanda, Qana Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kodzo Kpoku Alabonun etimadnaməsini qəbul edib.



Gununsesi.info











