Cənub rayonlarında fövqəladə vəziyyət: - 48 nəfər subasmadan xilas olundu

  • By admin
  • 27 Oktyabr 2016 11:04
l-101
Fövqəladə Hallar Nazirliyi (FHN) Masallıda 48 nəfəri təxliyyə edib, bununla yanaşı Cəlilabad rayonunda su basmış həyət evlərində suçəkmə əməliyyatları aparıb.
Bu barədə məlumat Gununsesi.info-ya  FHN-in mətbuat xidmətindən  bildirilib. Məlumatda bildirlir ki, FHN Cənub Regional Mərkəzi, Yanğın Mühafizə və Sularda Xilasetmə xidmətlərinin regional strukturlarının canlı qüvvə və texnikası Cəlilabad rayonunda su basmış həyət evlərində suçəkmə əməliyyatları aparıb. 
FHN eyni zamanda Masallı rayonunda  su başmış yaşayış məntəqlərində də suçəkmə əməliyyatı aparıb. FHN əməkdaşları həmçinin yaşaması mümkün olmayan su basmış evlərin sakinlərini təxliyyə ediblər. Beləliklə Təklə kəndində 18 nəfər, Xırmandalı kəndində 30 nəfər təxliyə olunub. İki gecə Nazirliyin bütün yerli strukturlarının əməkdaşları Rayon İcra Hakimiyyəti ilə birlikdə bu istiqamətdə iş aparıb.
Gununsesi.info