Əliyev Məmnun Hüseynə üzüntüsünü ifadə etdi: "Dəhşətli terraktıdan son dərəcə hiddətlənirik"

  • By admin
  • 09 Avqust 2016 11:35

35245_7587anp58o

 

Ölkə prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynə başsağlığı verib.

Gununsesi.info-nun məlumatına görə, başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Kvetta şəhərində xəstəxanada törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”

Gununsesi.info