Əliyev Peresin vəfatı ilə bağlı üzüntüsünü ifadə etdi

  • By admin
  • 28 Sentyabr 2016 15:01

ilham-aliyev

Ölkə Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə başsağlığı məktubu göndərib.

Gununsesi.info-nun məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

İsrail Dövlətinin keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim, Nobel mükafatı laureatı Şimon Peresin vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Gununsesi.info