“Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində 32 min nəfər həbs olunub”.
Gununsesi.info “BirGün” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ “NTV” kanalında canlı yayım zamanı aparıçı Funda Güreyin suallarını cavablandırarkən bəyan edib.
Bəkir Bozdağ bildirib ki, iyulun15-də bu günə kimi 70 min nəfər haqqında istintaq çərçivəsində araşdırma aparılır: “32 min nəfər isə həbs edilib. Hazırda proses davam etdirilir. Yeniləri həbs edilə, tutulanlardan bəziləri azad oluna bilər”.
Daha sonra Bəkir Bozdağ aparıçı Funda Güreyin “FETÖ-nun Hərbi Hava Qüvvələrinin İmamı” olduğu iddia edilən ilahiyyatçı Prof. Adil Öksüz MİT agentidirmi sualını cavablandıraraq deyib ki, Adil Öksüz MİT agenti deyil, bu bir təbliğatdır, məqsədli şəkildə ortaya atılıb: “Bu FETÖ terror təşkilatının Türkiyə ictimaiyyətinə təqdim etdiyi bir təbliğatdır” – deyə, nazir söyləyib.
Anar
Gununsesi.info