Əliyev Ruhaniyə başsağlığı verdi

  • Müəllif: admin
  • 21 Yanvar 2017 12:31

ilham-serencam_1

Ölkə Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə başsağlığı verib.

Gununsesi.info-nun məlumatına görə, başsağlığında deyilir:

Hörmətli cənab Prezident,

Tehranda çoxmərtəbəli binanın çökməsi nəticəsində insanların həlak olması xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!

Gununsesi.info