Əliyevdən Krala: “Qarşılıqlı inama əsaslanan dostluq münasibətləri bundan sonra da möhkəmlənəcək”

  • By admin
  • 29 İyul 2016 20:29

ilya-7

 

Ölkə prezidenti İlham Əliyev Mərakeşin Kralı  VI Məhəmmədə təbrik məktubu göndərib.

Gununsesi.info-nun məlumatına görə, məktubda qeyd olunur:

“Əlahəzrət, Əziz Qardaşım, Ölkənizin milli bayramı – Taxt-tac günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Mərakeş arasındakı qarşılıqlı  inam və dəstəyə əsaslanan ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim sülh və rifah diləyirəm”.

Gununsesi.info