Millət vəkili “ərəb turist”lərdən şikayətlənənlərdən şikayətləndi - "Darılmaq yox, sevinmək lazımdır"

  • By admin
  • 29 İyul 2016 20:46

sahib aliyev 061014

 

“Azərbaycanda turist qıtlığından şikayətlənənlər indi də onun çoxluğuna irad tuturlar. “Hər yer ərəblərlə doludur”, “onlar bura niyə gəlib”, “daha yaxşı yerlərə getməyə daha pulları olmadığı üçün Azərbaycanı seçiblər kimi” anormal fikirlər səsləndirirlər”.

Gununsesi.info-nun məlumatına görə, bunu millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, bunlar o adamlardırlar ki, bir zamanlar burada “neftimizin olmasının bizə nə xeyiri”, deyirdilər, qiyməti düşəndən sonra isə onun mənfi təsirini öz üzərlərində hiss etmələrindən şikayətlənməyə başladılar.
“Turistin bolluğu da ölkə üçün valyuta və iş yerləri deməkdir. O üzdən də onların çoxluğuna darılmaq yox, sevinmək lazımdır. İrad tutmaqdansa, onlarla birbaşa təmasda olan soydaşalrımıza, yəni xidmət sektorunda, oteldə çalısanlara və digərlərinə səslənib deməliyik ki, turistlərlə dürüst, mədəni və səmimi davanın. Elə biz özümüz də küçədə, bazarda görəndə öz dinindən olan birinə göstərilməsi gərəkən sayğı və qonaqpərvərliyi onlardan əsirgəməməliyik”-deyə,o, daha sonra qeyd edib.

Gununsesi.info