Aygün Bəylərin ölüm xəbərilə bağlı nazirlikdən açıqlama

  • By ilhame
  • 06 Yanvar 2024 21:55

Bəzi sosial şəbəkə hesablarında Azərbaycanın Əməkdar artisti Aygün Bəylərin vəfatı  barədə  xəbərlər yayılıb.

 

Gununsesi.info xəbər verir ki, xanəndənin sənət dostları bununla bağlı paylaşım edərək, Aygün Bəylərin vəfatından təsirləndiklərini ifadə ediblər.

 

Mədəniyyət Nazirlyindən sayta bildirilib ki, onun haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir:

 

“Hazırda süni tənəffüs aparatına qoşulub, saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək”.

 

Qeyd edək ki, müğənni müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanıb.

 

Gununsesi.info