Ərdoğanın Blinkenlə müzakirə etdiyi məsələlər açıqlanıb -YENİLƏNİB

  • By ilhame
  • 06 Yanvar 2024 22:04

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Entoni Blinkenlə İstanbulda keçirilən görüşündə Yaxın Şərqdə baş verənləri müzakirə edib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir.

 

Tərəflər həmçinin Rusiya-Ukrayna müharibəsini də müzakirə ediblər.

 

“Dövlət katibi münaqişənin genişlənməsinin qarşısının alınmasını, girovların azad edilməsini, humanitar yardımın genişləndirilməsini və mülki əhali arasında itkilərin azaldılmasını vurğulayıb. Eləcə də regionda dayanıqlı və davamlı sülhün əldə edilməsi istiqamətində işlərin görülməsinin vacibliyi qeyd olunub”, – bəyanatda deyilir.

 

Blinken və Ərdoğan həmçinin İsveçin NATO-ya üzvlüyünün başa çatması və Vaşinqtonla Ankara arasında ticarət və investisiya əlaqələrinin gücləndirilməsini müzakirə ediblər.

 

Gununsesi.info