Əməkdar artist koronavirusdan vəfat etdi

  • By admin
  • 31 Mart 2020 14:34

Belarusda koronavirusdan ilk ölüm faktı qeydə alınıb.

Gununsesi.org “Report”a istinadən xəbər verir ki, bunu mərhumun qızı açıqlayıb.

Məlumata görə, 76 yaşlı əməkdar artist Viktor Daşkeviç Belarus Akademik Milli Dram Teatrının aktyoru olub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 200 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 787 400-ü ötüb. Bunların 165 938 nəfəri sağalıb, 37 846 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Gununsesi.org