Su şirkətindən narazılıq: “Sudan içənlərdə zəhərlənmə halları baş verdi”

Vətəndaş Zəngəzur Su şirkətindən narazıdır.

Gununsesi.info xəbər verir ki, bu barədə vətəndaş sosial şəbəkədə paylaşım edib.

Vətəndaşın sözlərinə görə, ailəsi 3 ildən çoxdur şirkətdən su alır və bu müddət ərzində hər hansı problem yaşanmayıb. Lakin 4 gün əvvəl sifariş etdikləri sudan içən şəxslərdə mədə-bağırsaq problemi yaranıb və zəhərlənmə halları baş verib.

“Sudan içən şəxslərdə mədə-bağırsaq problemi yaranıb, zəhərlənmə halları baş verib. Şirkətə məlumat verdik. Dedilər ki, onun əvəzinə başqa su gətiriləcək. Artıq 2 gündür su yoxdur. Yenidən əlaqə saxladıqda isə dedilər ki, gedin, başqa şirkətdən su alın, bizim sularda turşuluq çoxdur. Zəhərli, köhnə suları camaata satıb insanları xəstə salırlar. Buna nə ad vermək olar?”.

Qeyd olunan iddialarla bağlı Zəngəzur Su şirkətinin mövqeyini öyrənməyə

 

 

Elmar

Gununsesi.info