Əməkdar artist Nahidə Orucovaya AĞIR İTKİ

  • By admin
  • 30 Oktyabr 2017 11:00

Əməkdar artist Nahidə Orucovanın sosial şəbəkədəki paylaşımı diqqət çəkib.

Gununsesi.info-nun məlumatına görə, aktrisa paylaşımında “İnsan əziz, doğma adamını itirəndə necə ağır olur. Çox ağır itkidir. Heç inana, özümə gələ bilmirəm. Allah heç bir bəndəni doğmaları ilə sınağa çəkməsin. Rahat uyu” sözlərini yazıb.

N.Orucova saytımıza açıqlamasında bildirib ki, yaxln dostu dünyasını dəyişib. Göz yaşını saxlaya bilməyən aktrisa “Çox yaxın dostum rəhmətə getdi. Durduğu yerdə öldü” deyib.

Gununsesi.info