Əminəm ki, Rusiyaya qalib gələcəyik -Zelenski

  • By admin
  • 01 Fevral 2023 14:27

“Ukrayna Rusiyaya qalib gələcək”.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “Telegram” kanalında yazıb.

“Biz hər gün xalqımızı, sərhədlərimizi və dəyərlərimizi qorumaq üçün mübarizə aparırıq. İndi biz əminliklə deyə bilərik ki, biz Ukrayna torpağında Rusiyanın təcavüzünə qalib gələ bilərik”, – deyə o qeyd edib.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Gununsesi.info