“Ən gərgin vaxtlarda belə emosional tarazlığını saxlamaq bütöv şəxsiyyətlərin işidir” - BAHAR MURADOVA RƏHİMZADƏNİ MÜDAFİƏ ETDİ

  • Müəllif: admin
  • 13 Mart 2017 15:38

BAHAR-1

Milli Məclisin (MM) sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova partiyadaşı və deputat həmkarı, sabiq birinci vitse-spiker, parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadəyə dəstək verib.

Gununsesi.info-nun xəbərinə görə, belə ki, B. Muradova A. Rəhimzadənin son günlərin olayına çevrilmiş məlum açıqlamasına aydınlıq gətirmək məqsədilə yazdığı və “Azərbaycan” qəzetində işıq üzü görən “Mən azərbaycanlıyam” adlı məqaləsini öz “Facebook” səhifəsində paylaşıb və deputat həmkarını təqdir edib.

arif

“Ən gərgin vaxtlarda belə emosıonal tarazlığını saxlamaq,mövqeyini etik normalar cərcivəsində bildirmək və öz prinsiplərinə sadiq qalmaqla yanaşı dövlətcilik mövqeyini də qorumağı bacarmaq yalnız bütöv şəxsiyyətlərin işidir”-deyə, o, qeyd edib.

Gununsesi.info