Bundan sonra vətəndaş cəmiyyətinə qarşı təzyiqlər artacaq -  ELÇİN ABDULLAYEV 

  • By admin
  • 13 Mart 2017 15:44

ELVİN

Azərbaycanın artıq rəsmi olaraq Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündən (MSŞT) çıxması vətəndaş cəmiyyətinin narahat etməyə başlayıb. Onların fikrincə, hökumətin qeyri-hökumət təşkilatlarına qarşı təzyiqləri artacaq.

MSŞT –da QHT Koalisiyasının üzvü Demokratik Təsisatlar və İnsan Haqları İctimai Birliyinin sədri Elçin Abdullayev  Gununsesi.info-ya bildirdi ki, MSŞT-nin Azərbaycanın üzvülüyünü dayandırması gözlənilən idi: “Çünki artıq 3-cü toplantı idi ki, hər dəfə vaxt qoyulurdu, hökumət isə tələbləri icra etmirdi. Hökumət onları icra etməkdə heç maraqlı da deyildi. Bundan sonra vətəndaş cəmiyyətinə qarşı təzyiqlərinı artıracaq.  Burada vətəndaş cəmiyyətinin itirdikləri varsa, mütləq hökumətin də itirdikləri yox deyildi”.

E.Abdullayev dedi ki, hazırda ona qarşı cinayət işi olan yeganə koalisisya üzvüdür: “ Təşəbbüsdə 2 dəfə Şura üzvü, 1 dəfə Çoxtərəfli Qrupun üzvü olmuşam. 2 koalisiya üzvünün həbsi istisna olmaqla, koalisiyaya üzv olan QHT-lərə qarşı təzyiqlərdə ən çox ziyan görən mənim təşkilatım olub. EİTİ üzvü olaraq, baş prokurorluqda mənim təşkilatım barədə cinayət işim var. Hazırda ölkədə olmadığıma görə, istintaq işi dayandırılıb”.

“Bu təşəbbüsün mandat baxımdan gücü yox idi, ancaq gəlirlər üzərində nəzarət edə bilirdi.  Bundan əlavə çox önəmli fakt budur ki,  koalisiyaya üzv olan və əks fikirli insanlar, QHT-lər  təzyiqlərdən, həbslərdən müəyyən mənada sığortala bilirdi. Məsələn, mən koalisiyaya üzv olduğuma görə, digər QHT rəhbərləri ilə müqayisədə hökumət daha ehtiaytlı davranırdı”-deyə E.Abdullayev qeyd etdi.

Onun sözlərinə görə, təşkilatının 40 min manata yaxın cəriməsi var: “ Bank hesablarına həbs qouyulub. QHT-nin fəaliyyətinə rəsmi şəkildə icazə verilmir”.

Qeyd edək ki, martın 9-da EİTİ-ın  Kolumiyada keçirilən 35-ci iclasında Azərbaycanın təşəbbüsdəki üzvlüyünün dayandırılması ilə bağlı qərar qəbul edib. Bundan sonra Dövlət Neft Fondunun sədri Şahmar Mövsümov hökumətin adından çıxışedərək, Azərbaycanın EİTİ-dən çıxması ilə bağlı bəyanat verdi.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info