Vitse-prezidentlərin toxunulmazlığı ilə bağlı ayrıca qanun qəbul edilə bilər - ZİYAFƏT ƏSGƏROV

  • Müəllif: admin
  • 13 Mart 2017 15:50

ziyafet

“Birinci vitse-prezident və vitse-prezidentlərin toxunulmazlığı və digər məsələlərlə bağlı qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər”.

Gununsesi.info-nun məlumatına görə, bunu Milli Məclis (MM) sədrinin birinci müavini Ziyafət Əsgərov jurnalistlərə açıqlamasında deyib.

mehriban xanim-preziodent

Z. Əsgərov bildirib ki, Konstitusiyanın tələblərinə uyğun olaraq ayrıca qanun da qəbul edilə bilər.

“Birinci vitse-prezident və ya vitse-prezidentlər barədə prezident İlham Əliyevin fərmanı ilə təsdiq olunacaq Əsasnamənin hazırlanması da mümkündür” – deyə, o, vurğulayıb.

Gununsesi.info