Azərbaycanın xarici ticarət dövriyyəsi artdı

  • Müəllif: Firuzə
  • 19 Oktyabr 2026 10:59

Azərbaycanın xarici ticarət dövriyyəsi 5 %-dən çox artıb.

Gununsesi.info Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparılıb.

Bu, ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb.

Gununsesi.info