Türkiyədəki seldə ölənlərin sayı artdı

  • Müəllif: Orxan
  • 19 Oktyabr 2026 11:44

Türkiyədə son günlər müşahidə edilən güclü yağışdan sonra yaranan sel nəticəsində həlak olanların sayı 8-ə yüksəlib.

Gununsesi.info “TRT Haber”ə istinadən xəbər verir ki, itkin düşmüş şəxslərin cəsədinin tapılması ilə İstanbulda sel zamanı ölənlərin sayı 6-ya, Kocaelidə isə 2-yə çatıb.

İstanbulda itkin düşən daha bir nəfərin axtarışları davam etdirilir.

Xatırladaq ki, son günlər Türkiyənin müxtəlif bölgələrində müşahidə edilən leysan bir sıra fəsadlara səbəb olub.

Gununsesi.info