Aynur Elgünəş Müalicə Müəssisəsinə köçürülüb VƏKİLİ JURNALİSTİN EV DUSTAQLIĞINA BURAXILMASINI İSTƏYİR

  • Müəllif: Firuzə
  • 19 Oktyabr 2026 12:18

Vəkil Zibeyda Sadıqova həbsdə olan jurnalist Aynur Elgünəşin səhhətində ciddi problemlərin olduğunu bildirib.

Gununsesi.info-nun xəbərinə görə, jurnalistin vəkili onun indiyədək 17 dəfə əməliyyat olunub və həbsindən əvvəl növbəti əməliyyata hazırlaşığını xatırladıb.

“Hazırda ən böyük təhlükə böyrəyində formalaşıb. Bu səbəbdən təcili Müalicə Müəssisəsinə köçürülüb”, – deyə Zibeyda Sadıqova bildirib.

Vəkil jurnalistin səhhətində yaranmış problemləri nəzərə alaraq onun ev dustaqlığına buraxılmasının vacibliyini vurğulayıb.

“Aynur Elgünəş təcili ev dustaqlığına buraxılmalıdır”, – deyə vəkil çağırış edib.

Gununsesi.info