Rubio: ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb

  • Müəllif: Firuzə
  • 18 Oktyabr 2026 10:47

Ağ Ev Ukraynanın “Starlink” peyk rabitə sisteminə çıxışının məhdudlaşdırılması ilə bağlı heç bir göstəriş verməyib.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio açıqlayıb.

Onun sözlərinə görə, “Starlink” sistemi Ukraynada fəaliyyətini davam etdirir.

Rubio vurğulayıb ki, Vaşinqton tərəfindən Ukraynanın peyk rabitəsinə çıxışının məhdudlaşdırılması barədə qərar qəbul edilməyib.

Gununsesi.info