Ən yaşlı Hollivud ulduzu vəfat etdi - 106 YAŞINDA

  • Müəllif: admin
  • 23 Yanvar 2018 09:10

Hollivudun ən yaşlı aktrisası Konni Soyer 106 yaşında vəfat edib.

Gununsesi.info xəbər verir ki, K.Soyer Los-Ancelesdəki evində dünyasını dəyişib.

Konni Soyer 1912-ci ildə yəhudi əsilli Rumın mühacirinin ailəsində dünyaya gəlib. 2012-ci ildə 99 yaşlı aktrisa ABŞ-ın Kinematoqrafiya, İncəsənət və Elm Akademiyasının ən qocaman üzvü olub.

1953-cü ildə karyerasına başlayan Konni Soyer son dəfə 2013-cü ildə kinoya çəkilib.

Gununsesi.info