
Son iki ay ərzində Ekvadorda H1N1 virusu (“donuz qripi”) 22 nəfərin həyatına son qoyub.
Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirliyinin açıqlamasında bildirilir.
Məlumata əsasən, noyabrın 19-dan yanvarın 200-dək ölkə ərazində 441 nəfər ölümcül xəstəliyə yoluxub, onlardan 22-si ölüb.
Qeyd edək ki, H1N1 virusu 2009-cu ildə Meksikada yaranıb. Daha sonra kütləvi epidemiyaya çevrilən xəstəlik bütün dünyaya yayılaraq minlərlə insanın həyatına son qoyub.
Gununsesi.info












