Ərəb dənizində 1 milyard dollarlıq narkotik maddə ələ keçirilib

  • Müəllif: admin
  • 09 Fevral 2018 08:50

Beynəlxalq Terrorla Mübarizə Koalisiyasının gəmiləri 3 ay ərzində Ərəb dənizində 1 milyard dollarlıq narkotik maddə ələ keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığın mətbuat xidmətinin yaydığı bəyanatda bildirilir.

Bəyanatda qeyd edilir ki, gəmilərin yoxlanılması zamanı 1 milyard dollar dəyərində 16 ton həşiş və 1,5 ton heroin aşkar edilib və müsadirə olunub.

Gununsesi.info