Silahlı şəxslər restorana hücum etdi - 6 ÖLÜ

  • Müəllif: admin
  • 09 Fevral 2018 08:40

Meksikanın Halisko ştatının Tlakepake bələdiyyəsində bir qrup silahlı restirana hücum edib.

Gununsesi.info xəbər verir ki, silahlılar restoranda nahar edən 6 nəfəri güllələyib. Onlardan 5-i hadisə yerində, biri isə xəstəxanaya aparılarkən həlak olublar.

Hadisə yerinə gələn polis müəyyən edib ki, öldürülən insanların üzərində silah olub, amma onlar müqavimət göstərə bilməyiblər.

Gununsesi.info