Ərəblərin yuxuları heç vaxt çin olmayacaq - İRANLI GENERAL

  • By admin
  • 09 İyun 2017 13:58

unnamed (1)

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Baş Komandan əvəzi general Hüseyn Selami iyunun 7-də Tehranda törədilmiş terror hadisələrini pisləyərək, terrorçulardan intiqam alınacağını bildirib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, H.Selami Tehranda törədilmiş terror hadisələrinin Amerika və sionist rejimlərin birgə planı olduğunu deyib.

Belə ki, general bildirib ki ki, ölkəmin təhlükəsizliyinə zərər vuracaq hər kəs üçün İran son məzarlıq olacaq.
Baş Komandan əvəzi qeyd edib ki, Ərəbistan İran İslam Respublikasına qarşı planın cızıldığı məkanıdır, amma ərəblər bilməlidirlər ki, onların yuxuları heç vaxt çin olmayacaq.

Anar
Gununsesi.info