
Türkiyənin Xarici İşlər Nazirliyi İraq Kürd Regional Rəhbərliyinin (İKRR) verdiyi referendum qərarına sərt şəkildə reaksiya verib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyi İKRR-in verdiyi qərarı dəhşətli bir səhv olaraq görürdüklərini bəyan edib: “İraqın ərazi bütövlüyünün və siyasi birliyinin mühafizə edilməsi Türkiyənin İraq siyasətinin əsas prinsiplərindən biridir”.
Qeyd edək ki, kürd rəsmiləri sentyabrın 23-də keçiriləck referendumda Kərküklə bağlı da qərar verilməsini təmin etməyə çalışır. Belə ki, referendumun keçiriləcəyi şəhərlər arasına Kərkük də daxil edilib.
Anar
Gununsesi.info











