Ər arvadı öldürdü - Bakıda

  • By admin
  • 25 İyul 2016 15:20

bicaq

Bakı sakini həyat yoldaşını bıçaqlayıb.

Gununsesi.info Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb.

Orada yaşayan 1972-ci il təvəllüdlü Fərhad Hüseynov həyat yoldaşı 1971-cı il təvəllüdlü Rəna Hüseynovanın qarın nahiyəsinə mətbəx bıçağı ilə xəsarət yetirib.

R.Hüseynova 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

 

Gununsesi.info