Ərdoğan 12 ildən sonra İsrailin Baş naziri ilə bir araya gəldi

  • By admin
  • 21 Sentyabr 2022 10:43

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sessiyasında Nyu- Yorkda  İsrailin baş naziri Yair Lapidlə  görüşüb.

Gununsesi.info-nun  BBC-yə istinadən verdiyi xəbərə görə, Türkiyə ılideri 12 ildən artıq müddətdə ilk dəfə İsrailin baş naziri ilə görüşüb.

Türkiyə ilə İsrail arasında diplomatik münasibətlərin səviyyəsi 10 ildən artıqdır ki, yüksəlir və enir; Avqustun 17-də iki ölkə arasında normallaşma əldə olunub və səfirlərin yenidən təyin olunması qərara alınıb.

Fransız xəbər agentliyi AFP yazıb ki, Lapid İsrail vətəndaşlarını HƏMAS-ın əlindən xilas etmək üçün kömək istəyir. İsrail Baş Nazirlik ofisindən verilən açıqlamada, “Lapid itkin düşmüş və girov götürülmüş israillilərin vəziyyətindən və onların hamısının evlərinə qaytarılmasının vacibliyindən danışıb” bildirilib.

Açıqlamada Lapidin İsrailin düşməni İranla bağlı narahatlığını da dilə gətirdiyi və kəşfiyyat məlumatlarını paylaşdığı üçün Ərdoğana təşəkkür etdiyi bildirilib.

May ayında İranın Türkiyədə İsrail vətəndaşlarına sui-qəsd təşkil edəcəyinə dair kəşfiyyat məlumatları olduğu bildirildi; Türkiyənin şübhəlilərin həbsi ilə bağlı İsraillə sıx əməkdaşlıq etdiyi açıqlanıb. Daha sonra iki ölkə arasında normallaşma prosesi sürətlənib.

Ərdoğan sonuncu dəfə 2008-ci ildə İsrailin baş naziri ilə görüşüb.