Ərdoğan Azərbaycanla bağlı sənəd imzaladı

  • By admin
  • 01 Aprel 2022 10:10

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”u təsdiqləyib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə qərar “Resmi Gazete”də qeyd olunub.

Qərar imzalandığı gündən qüvvəyə minib.

Sənəd iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini ehtiva edir.

Gununsesi.info