Ərdoğan: “Çevriliş barədə xəbəri kürəkənimdən aldım” -MIT-DƏN NARAZI QALDIM

  • By admin
  • 21 İyul 2016 09:03

erdogan-1

Ərdoğan hərbi çevriliş haqqında məlumatı öz kürəkənindən alıb. Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyə prezidenti “”Əl-Cəzirə” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, “Marmaris” otelində istirahət edərkən yeznəsi Ziya ona zəng vurub və hərbi çevrilişin olacağı barədə xəbərlərin yayıldığını deyib. Bunun ardınca Ərdoğana özəl katibi zəng vurub xəbər verir. Ancaq dövlət rəsmilərindən, xüsusən də Milli İstihbarat Təşkilatının hadisədən xəbəri olmamasından narazı qalan Ərdoğan MİT-i tənqid edib: “ MİT bu məsələdə zəiflik göstərdi. Ancaq digər ölkələrdə də belə hallar olur. Hətta ABŞ, Fransa. Rusiyada da belə hallar olub.Ancaq bu o anlama gəlməməlidir ki, MİT zəif işləyir. Biz bu məsələni Təhlükəsizlik Şurasında və Nazirlər Kabinetində müzakirə etdik”.