Ərdoğan Dağlıq Qarabağın işğaldan azad edilməsi məsələsini “Seçki Bəyannaməsi”nə salıb

  • By admin
  • 24 May 2018 18:38

Türkiyə prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri (AKP) və prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsini “Seçki Bəyannaməsi”nə daxil edib.

Gununsesi.info “Sabah”a istinadən xəbər verir ki, mayın 24-də R.T.Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) “Seçki Bəyannaməsi”ni açıqlayıb.

“Azərbaycan torpaqlarının işğaldan azad edilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”, deyə sənəddə vurğulanıb.