Ərdoğan: “Hakan Fidan və Hulusi Akar istefa ərizəsini qəbul etmədim” - ETİRAF

  • By admin
  • 23 İyul 2016 13:58

erdogan

 

Ərdoğandan şok açıqlamalar. MİT rəhbəri Hakan Fidan və Baş qəıargah rəisi Hulusi Akar istefa ərizəsi yazsalar da onların istefasını qəbul etmədim. Gununsesi.info xəbər verir ki, bunu Fransa telekanalı France-24 telekanalına müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, xüsusi xidmət orqanlarında əskikliklə olsa da, onlar iş başındadırlar. “Bizdə bir misal var “Dərəni keçərkən at dəyişdirilməz”. İndiki halda vəzifələrinə davam edəcəklər. İsdtefa qərarının mənə aid olduqlarını bildiriblər, ancaq biz də hər hansı müdaxilə etmədiyimizdən vəzifələrini davam etdirəcklər”-deyə, prezident vurğulayıb.

Dövlət çevrilişi ilə bağlı yeni məlumatlar açıqlayan Ərdoğan onu da əlavə edib ki, qiymaçılar Baş qərargah rəisi Hulusi Akarı götürərkən, ona deyiblər ki, istəyirsiniz sizi Fətullah Gülənlə danışdıraq. Fətullah Gülənin Türkiyyə təslim edilməsi istiqamətində atılacaq addımlara toxunan Ərdoğan deyib ki, ABŞ bizdən tələb etmdən Gülənlə bağlı bütün lazımı materialları onlara təqdim etdik. “Amma hələ də onlar bilgi istəyir. Buna baxmayaraq biz də mütəmadi olaraq onlarla lazımı məlumatları göndəririk.Bundan əlavə olaraq dindirilmə zmanı etirafçı Gülən tərəfdarlarının da məlumatlarını ABŞ-a təqdim edəcəyik”-deyə Ərdoğan qeyd edib.

Ərdoğan əlavə etdi ki, iş bununla bitməyəcək. “Xarici işlər naziri, Ədalət naziri və öz şəxsi nümayəndəmi də ABŞ-a göndərəcəyəm”- o vurğulayıb.

 

Gununsesi.info