
“Hazırda dünyada milyonlarla Aylan cavab gözləyir, şəfqət gözləyir, mərhəmət gözləyir. Onlar üçün addımlar atılır? Xeyr. Heç bir addım atılmır. Türkiyə Avropa Birliyinə daxil olsun, ya olmasın? Atılan addım budur. Niyə? Ərdoğan düzgün açıqlamalar verir. 30-40 nəfər bir araya gəliblər, irəli sürülən layihəyə “yox” deyir, digər 400-500 nəfər isə “hə” deyir. Problemin mahiyyətini anlamağa çalışmırlar. Suriya, İraq, Ərəbistan, Liviya, Somali kimi ölkələrdə baş verən toqquşmalar, zülm, tökülən qanlar miqrant böhranı kimi dünyanın gündəmini zəbt edir”.
Gununsesi.info Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Parlamentinin iclasında Türkiyə ilə danışıqların dondurulması qərarına münasibət bildirərkən deyib.
Türkiyə prsezidenti Qadın və Demokratiya Dərnəyinin konfrasında sərt çıxış edib: “Siz heç vaxt bəşəriyyətə dürüst davranmadınız, insanlara doğru baxmadınız. Qaçqınlar dalğalarla savaşıb Aralıq dənizi sahillərinə çıxdığı vaxt onları gedib götürmədiniz. 3,5 milyon miqrantı saxlayan bizik. Verdiyiniz sözləri yerinə yetirin. İrəli getməyin! Türkiyə sərhədləri açsa, siz nə edəcəyinizi düşünün!”-, deyə o bildirib.
Gülnaz Qənbərli
Gununsesi.info











