
Rəcəb Tayyib Ərdoğan dünən Çırağan Sarayında baş tutan Beynəlxalq İstanbul Hüquq Konqresinə qatılıb.
Gununsesi.info-nun xəbərinə görə, Ərdoğan orada çox önəmli mesajlar verib: “Türkiyənin Suriya ilə sərhədi 911 kilometrdir. Suriya ilə əlaqəsi olmayanların oraya girməsini haqlı qarşılayırlar, bizə gəldikdə isə deyirlər ki, sizi oraya çağırmayıblar, niyə gedirsiz? Əgər biz terror təhdidi almışıqsa, getməliyik və getdik. Əvvəlcə Cerablus, daha sonra Raiyə girdik. İŞİD hər iki yeri tərk etdi, həmçinin, Dabıq da onlardan təmizləndi. Biz başda ABŞ olmaqla, koalisiya qüvvələrinə bunu söyləyirik ki, siz Menbiçdə mənə söz verdiniz. Telefon danışığımız oldu. “PYD və YPG qətiyyən oraya girməyəcək”-, dedilər. Onlar PKK-ya bağlı terror təşkilatlarıdır. Verdiyiniz sözdə durun. Burada əhalinin yüzdə 95-i ərəbdir. Onlar sözlərində durmadılar. Biz də nə lazımdırsa, edirik.
Hal-hazırda Mosulda əməliyyatlar davam edir. Deyirlər, Türkiyə Mosula girməsin. Necə girməyək? 350 kilometr sərhədimiz var və biz təhdid altındayıq. Əlaqəsi olmayanlar gəlib girir ki, çağırıblar. Bəs 14 il əvvəl gələnləri Səddam çağırmışdı? Amma gəlmişdilər.
Müdafiə nazirimiz ABŞ generalı ilə görüşdü. Nə kimi addımlar atdığımızı onlara çatdırdıq. Türkiyə ərazisində olamayan bir əməliyyatın nəticələrinə biz cavabdeh deyilik. Biz Mosul əməliyyatında da olacağıq, masada da. Bu hadisələrdən kənarda qalmağımız mümkün deyil. Burada bizim üçün tarix yatır. Bizim Mosulda qardaşlarımız var; ərəblər, türkmənlər, kürdlər. Eyni zamanda şimal sərhədlərində qohumlar var. Bu hadisələrə hissiyyatsız yanaşmağımız mümkün deyil.
Mosulda İŞİD bəhanəsi ilə təşkil edilən məzhəb davasının qarşısını alacağımızı bildikləri üçün ölkəmizi bu əməliyyatdan uzaq tutmağa çalışırlar. İraq ordusu Mosula girdiyi zaman sünnilərlə vuruşacaq. Biz şiə-sünni davasını dəstəkləyə bilmərik.
PKK-nı əvvəlki vəziyyəti ilə müqayisə etdikdə görürük ki, 35 ildə onları 7-8 dəfə məhv etmişik. Lakin PKK hələ də öz işinə davam edir. Çünki Türkiyənin zərərsizləşdirdiyi hər terroristin yerinə təşkilat yenisini üzə çıxarır. Bir çox ölkə PKK-ya gizli dəstək verir. Avropa Şurasının və Avropa Birliyinin mərkəzi olan Strasburqda, Brüsseldə mərkəzlər var.
ABŞ-dan FETÖ rəhbərini tələb etdik. Amerika isə öz huququnu irəli sürərək bu tələbi yerinə yetirmir.
Fövqəladə hal kimi Fransaya baxsınlar. Adi bir terror nəticəsində Fransa nə hala qaldı? Biz isə bəsit terrorla deyil, dövlətin devrilməsi təhlükəsi ilə qarşı-qarşıya qalmışıq. Dövlət və cəmiyyəti xərçəng hüceyrəsi kimi öz pəncəsinə alan terror təşkilatını məhv etməkdə qərarlıyıq”-, deyə bilərik.
Nigar Cəfərli












