Millət vəkilindən təklif - "Ali təhsil ocaqlarında orta və məktəbəqədər təhsil müəssisələri fəaliyyət göstərsin"

  • Müəllif: admin
  • 18 Oktyabr 2016 12:12
baxtiyar
Ali  təhsil ocaqları da orta  və məktəbəqədər təhsil  müəssisləridir.
 Gununsesi.info xəbər verir ki, belə bir təklifi Milli Məclisin  (MM) Elm və təhsil  komitəsinin sədr müavini, millət vəkili Bəxtiyar Əliyev  “Məktəbəqədər təhsil müəssisəsi haqqında” qanun layihəsi müzakirə edilən  zaman səsləndirib.
Onun sözlərinə görə, ali təhsil ocaqlarında  orta və məktəbəqədər təhsil müəssisələrinin  fəaliyyət göstərməsi elmin inkişafına təkan verə bilər və öncül prkatikaların tətəbiqınə yeni imkanlar açar.
“Dünyada belə praktikalar çoxdur və bu prkatika öz müsbət  səmərəsini verir. Belə bir praktikanın Azərbaycanda da tətbiqi  lazımdır. Ən azından biz qanunda bununla bağlı müddəa salmalıyıq. Bu gün də olmasa, gələcəkdə  belə bir praktika tətbiq ediləndə qanunvericilik baxımından problem yaranmasın”- deyə, millət vəkili bildirib.
Mürtəza
Gununsesi.info