Ərdoğan kürdlərə üz tutdu - Çatışmazlıqlarımız, etmək istədiklərimiz, lakin edə bilmədiklərimiz var

  • By admin
  • 11 May 2023 15:27

Türkiyə prezidentliyinə namizəd Rəcəb Tayyib Ərdoğan seçkiyə 3 gün qalmış kürd əsilli vətəndaşlara müraciət edib.

Gununsesi.info həmin müraciəti təqdim edir:

 

“Əziz kürd qardaşlarım!

Bu günə qədər ananızın ağ südü kimi halal olan haqqlarınızı sizə çatdırmaq üçün mübarizə apardıq.

Analar ağlamasın, ürəklər od tutmasın deyə ciddi cəhdlər etdik. Siz bizim səmimi səylərimizin ən yaxın şahidlərisiniz.

Siz çox yaxşı bilirsiniz ki, biz hansı çətinlikləri aşmışıq, qarşımızda hansı tələlər qurulmuşdur.

Təbii ki, çatışmazlıqlarımız, etmək istədiklərimiz, lakin edə bilmədiklərimiz; amma bizim Türkiyəyə hüquq və azadlıqlar sahəsində nələr gətirdiyimiz ortadadır. Biz onların geriyə getməsinə, şübhəsiz ki, imkan verməyəcəyik. Kim köhnə Türkiyəni terror təhlükəsi altında diriltməyə çalışsa, bizi onun qarşısında tapacaq.

Kim zavallı kürd uşaqlarının əlinə silah verib əsgərləri güllələməyə çalışsa, polis və xalqımız bizi onların qarşısında tapacaq.

Kim imperialist qüdrətlər adından millətimizin varlığını nəzərdə tutursa, bizi onların qarşısında tapacaq.

Kim sənin haqqını tapdalamağa çalışsa, Tayyib Ərdoğanı və Xalq Alyansını görəcək.

Nə qədər ki, Rəbbim diriltdiyi və ümmətimizə ixtiyar verdiyi müddətcə;

Bu ölkədə analar bir daha ağlamaz…

Heç kim uşaqlarımızı zorla dağa apara bilməyəcək…

Gecə ilə şəhərlərimizə terror qaranlığı çökməyəcək…

Kürd qardaşımı heç kim təhdid etməyəcək, heç kim silah gücü ilə onun vəsiyyətinə girov qoya bilməyəcək!

Türkiyə bütün 85 milyon insan üçün daha azad, dinc və firavan bir yerə çevrilənə qədər çalışacağıq.

Kürd qardaşlarımızın dəstəyi ilə Türk Əsrini birlikdə quracağıq”.

 

Tərcümə:

Şəbnəm